Bakı. Trend:
Ermənistanda "Vanadzor" həbsxanasında bir qrup məhbus aclıq elan edib.
Trend xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Məlumata görə, ombudsman aparatının nümayəndələri aclıq aksiyası keçirən məhbuslarla görüşüb.
Qeyd olunub ki, məhbuslar zəruri ləvazimatlarla və təyin edilmiş dərman vasitələri ilə təmin edilmədiklərindən, içməli suyun keyfiyyəti və ventilyasiya ilə bağlı problemlərdən şikayət ediblər. Aparatın əməkdaşları bu problemləri həbsxananın rəhbərliyi ilə müzakirə ediblər.