...

Fransa bu il Ukraynaya əlavə 3 milyard avro dəyərində hərbi yardım göndərəcək

Dünya xəbərləri Materials 17 Fevral 2024 01:12 (UTC +04:00)

Bakı. Trend:

Fransa Ukrayna ilə təhlükəsizlik sazişi çərçivəsində 2024-cü ildə Kiyevə 3 milyard avro dəyərində əlavə hərbi yardım göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

"Bu saziş çərviçəsində Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürdü", - deyə o qeyd edib.

E.Markonun sözlərinə görə, 022-ci ildə 1,7 milyard avro, 2023-cü ildə isə 2,1 milyard avro məbləğində yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti