Bakı. Trend:
Xilasetmə qrupları Livanın paytaxtının cənubundakı Şueifat ətrafında dağılmış evin dağıntılarını təmizləyir.
Trend-in məlumatına görə, bu barədə "MTV" televiziya kanalına Mülki Müdafiə Xidmətinin rəisi general Raymond Xəttar deyib.
Məlumata əsasən, güclü yağışdan sonra binanın çökməsi nəticəsində orada yaşayan suriyalı qaçqın ailələrindən 4 nəfər həlak olub."İki qadın, iki kişi və iki uşaq xilas edilib. Ən azı daha 7 nəfər dağıntılar altında qala bilər", - deyə o bildirib.
R.Xəttar bildirib ki, iki qonşu binadan 30-a yaxın sakin təxliyə edilib və onlar da hər an uça bilər.