...

Fransa ordusu erməni hərbçilərinə döyüş kursları keçəcək - KİV

Dünya xəbərləri Materials 22 Fevral 2024 15:51 (UTC +04:00)
Fransa ordusu erməni hərbçilərinə döyüş kursları keçəcək - KİV
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, Fransanın “Le Figaro” nəşri bu gün Fransanın Ermənistana yeni silah partiyası göndərəcəyini yazıb. Fransanın Ground Master (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hərbi sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Memoranduma 3 ədəd Fransa istehsalı “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Anlaşmaya əsasən, Fransa Silahlı Qüvvələri üç mərhələdə Ermənistan Silahlı Qüvvələri üçün dağ şəraitində döyüş kursları keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti