...

ABŞ və müttəfiqləri genişmiqyaslı hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 23 Fevral 2024 05:34 (UTC +04:00)
ABŞ və müttəfiqləri genişmiqyaslı hərbi təlimlər keçirəcək

Bakı. Trend:

ABŞ və müttəfiqləri fevraldan iyun ayına qədər bütün dünyada keçiriləcək genişmiqyaslı "LSGE 24" qlobal təlimi keçirəcəklər.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinq zamanı deyib.

""LSGE 24" bu il ABŞ-ın Avropa Komandanlığı tərəfindən Müdafiə Nazirliyinin döyüş komandanlığı ilə birgə koordinasiya edilən qlobal təlimdir. Təlimlərdə birgə və çoxmillətli hərbi əməkdaşlığı nümayiş etdirmək üçün ABŞ Ordusu, Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları, Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrinin hərbi qulluqçuları iştirak edəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti