...

Qərb ölkələri Ukraynaya qoşun göndərəcəyi təqdirdə NATO və Rusiya arasında münaqişə qaçılmazdır - Peskov

Dünya xəbərləri Materials 27 Fevral 2024 17:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qərb ölkələri Ukraynaya qoşun göndərəcəyi təqdirdə NATO və Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmazdır.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Bu halda artıq ehtimaldan yox, labüdlükdən danışmaq lazımdır, beləliklə, qiymətləndirmə aparırıq", - Kreml nümayəndəsi deyib.

Peskov, həmçinin, NATO ölkələrinin bu cür tədbirlərin nəticələrini qiymətləndirməli olduqlarını və bunu dərk etməli olduqlarını bildirib.

"Bunun onların maraqlarına, ən əsası, ölkə vətəndaşlarının maraqlarına uyğun gəlib-gəlmədiyini sorğulamalıdırlar", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron və ölkənin baş naziri Qabriel Attal fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyiblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti