...

Ukraynaya qoşun göndərmək digər ölkələrin suveren qərarıdır - Ağ Ev

Dünya xəbərləri Materials 28 Fevral 2024 03:31 (UTC +04:00)
Ukraynaya qoşun göndərmək digər ölkələrin suveren qərarıdır - Ağ Ev

Bakı. Trend:

Ukraynaya hərbçilərin göndərilməsi məsələsi digər ölkələrin suveren qərarıdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu, hər bir NATO müttəfiqinin müstəqil olaraq qəbul etməli olduğu qərardır. Eşitdiniz ki, NATO-nun Baş katibi Yens Stoltenberq alyansın himayəsi altında qoşun göndərmək planının və ya niyyətinin olmadığını bəyan etdi”, - deyə Ağ Evin rəsmisi söyləyib.

Qeyd edək ki, bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsini istisna etmədiyini bildirmişdi. Eyni zamanda, o, hazırda bu məsələ ilə bağlı Avropa ölkələri arasında konsensusun olmadığını vurğulamışdı.

Bundan sonra Böyük Britaniya, Almaniya, Macarıstan, Polşa, Avstriya və bəzi digər Avropa ölkələrinin liderləri bəyan edib ki, Ukraynaya hərbi qulluqçular göndərmək planları yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti