...

Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb

Dünya xəbərləri Materials 28 Fevral 2024 04:02 (UTC +04:00)
Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb

Bakı. Trend:

Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri gələn ilin martın 4-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.

Qeyd edək ki, 2022-ci il 19 sentyabr tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün səyahət etdikləri təqdirdə Şengen zonasına girişini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti