...

ABŞ Almaniya və Kanadaya "P-8A" təyyarələrinin tədarüküilə bağlı müqavilə imzalayıb

Dünya xəbərləri Materials 1 Mart 2024 03:11 (UTC +04:00)
ABŞ Almaniya və Kanadaya "P-8A" təyyarələrinin tədarüküilə bağlı müqavilə imzalayıb

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Almaniya və Kanadaya "P-8A Poseidon" dəniz patrul təyyarələrinin tədarükü üçün "Boeing" şirkəti ilə 3,4 milyard dollarlıq müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Kanadaya 14, Almaniyaya isə 3 anti-sualtı patrul təyyarəsinin alınması və çatdırılması, habelə müvafiq mühəndislik işlərinin görülməsi nəzərdə tutulur.

"P-8A Poseidon" təyyarəsi "Boeing 737-800" sərnişin təyyarəsi əsasında yaradılmış yeni nəsil sualtı patrul təyyarəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti