...

ABŞ-nin vitse-prezidenti Qəzza zolağında təcili atəşkəslə bağlı çağırış etdi

Dünya xəbərləri Materials 4 Mart 2024 11:04 (UTC +04:00)
ABŞ-nin vitse-prezidenti Qəzza zolağında təcili atəşkəslə bağlı çağırış etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Kamala Harris Qəzza zolağında təcili atəşkəs elan olunması və humanitar yardımın həcminin artırılması ilə bağlı çağırış edib.

Trend xəbər verir ki, vitse-prezident bu barədə Alabama ştatında çıxışında deyib.

O, Qəzza zolağındakı çətin vəziyyəti nəzərə alaraq, ən azından növbəti altı həftə ərzində atəşkəs elan edilməli olduğunu bildirib.

Harrisin sözlərinə görə, HƏMAS atəşkəs istədiyini iddia edib.

"Danışıqlar masasında razılaşma var. Artıq dediyimiz kimi, HƏMAS bununla razı olmaldır. Gəlin, atəşkəsə nail olaq, girovları ailələri ilə qovuşduraq. Gəlin, dərhal Qəzza əhalisinə yardım göstərək", - o deyib.

Harris həmçinin, Qəzza zolağına daxil olan yardımın yetərli olmadığını bildirib və İsrail hökumətini Qəzza zolağına humanitar yardım axınını artırmağa çağırıb.

"İsrail hökuməti yardım axınını əhəmiyyətli dərəcədə artırmaq üçün daha çoxunu etməlidir. Buna heç cür haqq qazandırmaq olmaz", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti