...

Bu il Zəngəzur dəhlizinin davamı olan Dilucu-Iğdır-Qars xəttində qazma işlərinə başlanılacaq

Dünya xəbərləri Materials 5 Mart 2024 13:36 (UTC +04:00)

Bakı. Trend:

Bu il Zəngəzur dəhlizinin davamı olan Dilucu-Iğdır-Qars xəttində qazma işlərinə başlanılacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Mərkəzi Dəhlizin marşrutlarından biri olan Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun Türkiyə sərhədləri daxilindəki 224 km-lik hissəsinin tikintisi üçün tender edilib", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türk dünyasının quru sərhədlərini birləşdirəcək olan Zəngəzur dəhlizi 2028-ci ildə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti