...

İran ABŞ tankerini ələ keçirdi - 50 milyon dollar dəyərində yükü var

Dünya xəbərləri Materials 6 Mart 2024 13:14 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran Fars körfəzində ABŞ-yə məxsus xam neft daşıyan tankeri ələ keçirib.

Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Tankerin yükünün 50 milyon dollardan çox olduğu bildirilir.

Qeyd olunub ki, "Advantage Sweet" tankeri İran məhkəməsinin orderi əsasında ələ keçirilib.

Xatırladaq ki, bu ilin fevral ayında ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

"ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib", – deyə CENTCOM-un saytında dərc olunan məlumatda qeyd edilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti