...

Almaniyada bir çox ailə biznesi təhlükə altındadır

Dünya xəbərləri Materials 10 Mart 2024 03:01 (UTC +04:00)
Almaniyada bir çox ailə biznesi təhlükə altındadır

Bakı. Trend:

Almaniya iqtisadiyyatının əsasını təşkil edən bir çox ailə biznesi hökumət tərəfindən şirkətlərin maliyyələşdirilməsinin məhdudlaşdırılması və elektrik enerjisinin qiymətinin artması səbəbindən təhlükə altındadır.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Narahatlıq Almaniyada hələ də ölkə iqtisadiyyatının əsasını təşkil edən və təhlükə ilə üzləşən təxminən üç milyon ailə biznesinin artan narazılığını əks etdirir. Almaniyanın Konstitusiya Məhkəməsi hakim koalisiyaya həddindən artıq büdcədənkənar maliyyəni dayandırmağı əmr etdikdən sonra şərtlər daha da mürəkkəbləşdi", - deyə “Bloomberg” yazır.

Agentlik qeyd edir ki, həddindən artıq bürokratiya, kredit və istiqrazlara xidmət üzrə yüksək xərclər, elektrik enerjisinin qiymətinin artması da biznesə maneələr yaradır. Bundan əlavə, COVID-19 pandemiyası bu sahəyə ciddi ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti