...

Türkiyə ordusu İraq və Suriyanın şimalında 11 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 10 Mart 2024 21:33 (UTC +04:00)
Türkiyə ordusu İraq və Suriyanın şimalında 11 terrorçunu zərərsizləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verib.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı zamanı 10 terrorçunun məhv edildiyi qeyd edilib.

Daha bir terrorçu Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı bölgəsində zərərsizləşdirilib.

Nazirlik Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti