Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə lideri BƏƏ-dən olan həmkarını ad günü münasibətilə təbrik edib.
“Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əl Nəhyanı iki ölkə arasında yaradılmış Yüksək Səviyyəli Strateji Şuranın ilk iclası üçün Türkiyəyə dəvət edib”, – məlumatda qeyd olunub.