Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə dəstəsi Şırnak vialyətinin İdil rayonunda qəzayaq düşüb.
Trend TRT-yə istinadən xəbər verir ki, qəza nəticəsində bir polis əməkdaşı ölüb, ikisi polis olmaqla, üç nəfər yaralanıb.
“Şırnakda qəzada ölən polis məmurumuza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, - Ərdoğan qəza ilə bağlı bildirib.