...

Qəzzaya humanitar yardım aparan ikinci gəmi Kiprdən yola düşür

Dünya xəbərləri Materials 16 Mart 2024 23:38 (UTC +04:00)
Qəzzaya humanitar yardım aparan ikinci gəmi Kiprdən yola düşür

Bakı. Trend:

Humanitar yardımının ikinci partiyası dəniz yolu ilə Kiprdən Qəzza zolağına göndərilməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Kipr prezident Nikos Xristodulidis bildirib.

"Birinci gəmi Kiprdən geri qayıtmağa başlayıb, biz artlq ikinci gəmini göndərməyə hazırıq", - deyə o qeyd edib.

Məlumata əsasən, 240 ton humanitar yardım daşıyan ikinci gəmi Larnaka limanında yola düşməyi gözləyir. Qəzza zolağına humanitar yardım göndərən “World Central Kitchen” qeyri-kommersiya təşkilatı bildirib ki, yeni göndərişdə konservləşdirilmiş məhsullar və gündəlik mallar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti