Bakı. Trend:
İslandiyanın Reykyanes yarımadasında vulkan püskürməsi başlayıb, hakimiyyət Qrindavik şəhərində təxliyə işini aparırlar.
Trend-in məlumatına görə, bu barədə "RUV" televiziya və radio şirkəti İslandiya Meteorologiya Mərkəzinə istinadən bildirib.
Qeyd edilib ki, püskürmə şəhər sakinləri üçün təhlükə yaratmır. Püskürmə yerli vaxtla saat 20:22-də vulkan ərazisində seysmik aktivliyin artması barədə elandan bir dəqiqə sonra baş verib.
Vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə İctimai Təhlükəsizlik Departamentinin helikopteri göndərilib.