...

Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30,5 faiz artıb

Dünya xəbərləri Materials 17 Mart 2024 04:41 (UTC +04:00)
Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30,5 faiz artıb

Bakı. Trend:

Çinin avtomobil ixracı 2024-cü ilin ilk iki ayında illik müqayisədə 30,5 faiz artıb.

Trend-in məlumatına görə, bu bardədə "Sinxua" agentliyi xəbər verib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, bu dövrdə, ümumilikdə, 822 min avtomobil ixrac edilib.

Sərnişin nəqliyyatı vasitələrinin ixracı illik müqayisədə 31,5 faiz artaraq 686 min ədədə, kommersiya avtomobillərinin ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 136 min ədədə çatıb.

Çin bu dövrdə 182 min ədəd elektrikli avtomobil ixrac edib və bu, illik 7,5 faiz artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti