...

ABŞ-da atışma baş verib, ölən var

Dünya xəbərləri Materials 17 Mart 2024 19:37 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin paytaxtı Vaşinqtonda açılmış atəş nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları bildirib.

İstirahət mərkəzinin yaxınlığında baş verən insidentlə bağlı məlumat yerli vaxtla saat 03:00 radələrində daxil olub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti