...

Əfqanıstanın Pakistanla sərhədində toqquşmalar baş verib

Dünya xəbərləri Materials 19 Mart 2024 23:48 (UTC +04:00)
Əfqanıstanın Pakistanla sərhədində toqquşmalar baş verib

Bakı. Trend:

Əfqanıstana nəzarət edən "Taliban" Pakistan təhlükəsizlik qüvvələri ilə toqquşmaların olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.

Məlumata əsasən, toqquşmalar Əfqanıstanın sərhəd Paktika vilayətində baş verib.

"Bu gün gündüz saatlarında yerli vaxtla saat 16:00-a qədər davam edən toqquşmalar baş verib", - deyə Əfqanıstanın qərbində, Pakistanla sərhəddə yerləşən Paktika vilayəti hakimiyyətinin nümayəndəsi Məhəmməd Əmin Huzeyfə bildirib.

Agentlik qeyd edib ki, Pakistan bu günə qədər bu hadisə barədə məlumat verməyib.

"Taliban" həmçinin bildirib ki, Pakistan qüvvələri bir gün əvvəl Əfqanıstanın qərbində hava hücumu təşkil edib və nəticədə azı 8 mülki şəxs həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti