Bakı. Trend:
Yaponiyanın qərb sahillərində Cənubi Koreya bayrağı altında kimyəvi maddələr daşıyan tanker çevrilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı yük gəmisində 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla ümumilikdə 11 ekipaj üzvü olub. Onlardan altısı xilas edilib.
Digər 5 nəfərin isə axtarışları davam edir.