...

İsrail "Əl-Şifa" xəstəxanasında "HƏMAS" üzvlərini saxladığını bildirib

Dünya xəbərləri Materials 22 Mart 2024 08:49 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusunun hərbçiləri Fələstinin Qəzza zolağının şimalındakı "Əl-Şifa" xəstəxana kompleksi ərazisində Fələstinin "HƏMAS" və "İslami Cihad" qruplaşmalarının 358 üzvünü saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.

""Əl-Şifa"da əməliyyat davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu cəmləşdirməsi ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəli şəxsi saxlamışıq ki, onlardan 358-i "HƏMAS" və "İslami Cihad" terrorçularıdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti