...

Aralıq dənizi sahillərində 1178 sənədsiz immiqrant saxlanılıb

Dünya xəbərləri Materials 24 Mart 2024 06:50 (UTC +04:00)

Bakı. Trend:

Tunisdə Aralıq dənizinin şərq sahillərində 1178 sənədsiz immiqrant saxlanılıb və onların İtaliyaya qeyri-qanuni keçmək cəhdinin qarşısı alıb.

Trend-in məlumatına görə, bu barədə Tunis Milli Qvardiyasının bəyanatında deyilir.

Dəniz mühafizəçiləri Sfaks əyaləti sahillərində gəmiləri saxlayaraq, Cənub-Şərqi Afrikadan olan 1160 immiqrantı və 18 tunislini xilas ediblər. Bundan əlavə, əməliyyatlar zamanı iki meyit də tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti