...

Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər - Tokayev

Dünya xəbərləri Materials 28 Mart 2024 13:32 (UTC +04:00)
Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər - Tokayev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq, 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağına ümid edirik.

Trend xəbər verir ki, bu fikri martın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Haynan adasında keçirilən Asiya naminə Boao Forumunun illik konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Qazaxıstanın dövlət başçısı Asiya ilə Avropa arasında tədarük zəncirini etibarlı şəkildə təmin edən Orta Dəhlizin həm mövcud, həm də yeni nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün səyləri artırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Çinin Haynan adasında Asiya naminə Boao Forumunun “Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət” mövzusunda illik konfransı keçirilir. Tədbirdə 60 ölkədən təxminən 2 min nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, parlament rəhbərləri, dövlət rəsmiləri, elm adamları, beyin mərkəzlərinin nümayəndələri iştirak edir. Konfransın panel iclaslarında dünya iqtisadiyyatı, elmi və texnoloji innovasiya, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və digər mövzularda müzakirələr aparılır.

Xəbər lenti

Xəbər lenti