...

ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV

Dünya xəbərləri Materials 28 Mart 2024 13:58 (UTC +04:00)
ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ "Crocus City Hall"da planlaşdırılmış terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib.

Trend xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton Moskvanın ABŞ xüsusi xidmət orqanlarının informatorlarını və onların kəşfiyyat metodlarını öyrənə biləcəyindən ehtiyat edib.

Qeyd olunub ki, ABŞ və Rusiya arasındakı qeyri-dost münasibətlər amerikalı məmurların terror aktı barədə bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməsinə mane olub.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti