...

BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib

Dünya xəbərləri Materials 28 Mart 2024 20:09 (UTC +04:00)
BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT ukraynalı hərbi əsirlərin olduğu "İl-76" təyyarəsinin qəzaya uğrama səbəblərini müəyyən edə bilməyib.

Trend xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsinin məruzəsində deyilir.

Mütəxəssislər hadisəni hərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırmağa çağırıblar. Komissarlıq İdarəsi hərbi əsirlərin şəxsiyyəti barədə məlumatların dərhal Ukrayna hökumətinə təqdim edilməli olduğunu bildirib.

Qeyd edək ki, yanvar ayında Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti