...

Niderlandda naməlum şəxs kafenin müştərilərini girov götürdü

Dünya xəbərləri Materials 30 Mart 2024 16:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Ede şəhərində naməlum şəxs kafelərdən birinin müştərilərini girov götürüb.

Trend xəbər verir ki, bu barədə “De Gelderlander” qəzeti məlumat yayıb.

Polis məlumatı təsdiqləyib.

“Şəhərin mərkəzindəki binalardan birində bir neçə nəfər girov götürülüb. Hadisə yerində xüsusi xidmət qrupları işləyir", - polis idarəsinin sosial şəbəkədə yaydığı məlumatda belə deyilir.

Ətrafdakı 150-yə yaxın evin sakini təxliyə olunub. Polis insanların şəhər mərkəzindən uzaq durmasını xahiş edir.

Məlumata görə, hadisənin terror aktı olmasına dair hələlik heç bir əlamət müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti