...

“Crocus City Hall” terror aktının qurbanlarından 134 nəfərin kimliyi müəyyənləşdirilib

Dünya xəbərləri Materials 30 Mart 2024 19:21 (UTC +04:00)
“Crocus City Hall” terror aktının qurbanlarından 134 nəfərin kimliyi müəyyənləşdirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Crocus City Hall”da törədilən terror aktından sonra ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşdirilib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi öz "Telegram" kanalında bildirib.

"Hazırda istintaq tərəfindən terror aktı zamanı həlak olan 134 nəfərin şəxsiyyəti müəyyən edilib. Digər, hələlik şəxsiyyəti məlum olmayan ölənlərlə bağlı genetik ekspertiza aparılır", - deyə qeyd olunub.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti