...

Təl-Əvivdə etiraz aksiyasının 16 iştirakçısı həbs edilib

Dünya xəbərləri Materials 31 Mart 2024 06:08 (UTC +04:00)
Təl-Əvivdə etiraz aksiyasının 16 iştirakçısı həbs edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası zamanı ictimai asayişi pozan 16 nümayişçini həbs edib.

Trend-in məlumatına görə, bu barədə "Ynet" portalı xəbər verib.

Məlumata əsasən, polis əməkdaşları şəhərdə nəqliyyatın hərəkətinə mane olduğu üçün iştirakçılarına hər biri 1 min şekel olmaqla doqquz cərimə yazıb.

Polisin mətbuat xidməti bildirib ki, Təl-Əvivdə etiraz aksiyası zamanı “iğtişaşlar başlayıb, onların iştirakçıları Ayalon şossesində [şəhərin şərqində] hər iki istiqamətdə hərəkəti dayandırmağa başlayıblar”. Bildirilib ki, iğtişaşları dağıtmaq üçün polis xüsusi avadanlığından istifadə edib, bundan sonra "Ayalon şossesi nəqliyyat üçün açılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti