...

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başlayacaq

Dünya xəbərləri Materials 4 Aprel 2024 13:30 (UTC +04:00)
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başlayacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi bu il başlayacaq.

Trend xəbər verir ki, bu barədə Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov aqrosənaye forumunda bildirib.

Onun sözlərinə görə, dəmir yolunun tikintisi 8 milyard dollar olaraq dəyərləndirilir, lakin bu ilkin məbləğdir.

Dəmir yolunun tikintisinə başlamaq üçün bütün prosedurlar yekunlaşıb. Tikintinin bu il başlayacağı gözlənilir.

Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması yenilənməkdədir.

Qeyd edək ki, üç ölkə arasında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikinti layihəsi üzrə saziş 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində imzalanıb.

Layihənin reallaşdırılması Cənub dəhlizi vasitəsilə Çindən Avropaya və Fars körfəzi ölkələrinə yük daşımalarının coğrafiyasını genişləndirmək üçün əsas rolunu oynayacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti