...

ABŞ kosmosda nüvə silahı ilə bağlı qətnamə layihəsini BMT TŞ-də səsverməyə çıxaracaq

Dünya xəbərləri Materials 5 Aprel 2024 00:19 (UTC +04:00)
ABŞ kosmosda nüvə silahı ilə bağlı qətnamə layihəsini BMT TŞ-də səsverməyə çıxaracaq

Bakı. Trend:

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsini səsverməyə çıxaracaq.

Trend-in məlumatına görə, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bu qətnaməni gələn həftənin əvvəlində səsverməyə çıxaracağıq”, - deyə Ağ ev rəsmisi vurğulayıb.

Kirbi əlavə edib ki, Vaşinqton Rusiyanın qətnaməyə səs verməsini gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti