...

"HƏMAS"ın nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri ilə görüşüb

Dünya xəbərləri Materials 8 Aprel 2024 02:38 (UTC +04:00)
"HƏMAS"ın nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri ilə görüşüb

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatının nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə hərəkatın rəsmi "Telegram" kanalında bildirilib.

Məlumata əsasən, nümayəndə heyəti Abbas Kamel ilə görüşdə hələ də Qəzza zolağında atəşkəsin əldə oluna biləcəyi əsas prinsiplərə sadiq qaldıqlarını təsdiqləyib.

Hərəkatın əsas şərtləri “tam atəşkəs, İsrail hərbçilərinin Qəzza zolağından çıxarılması, məcburi köçkünlərin öz yaşayış yerlərinə maneəsiz qayıtması, xalqımıza humanitar yardımın çatdırılmasının təmin edilməsi, anklavın yenidən qurulmasının başlaması, eləcə də Qəzzada saxlanılan israilli girovlar müqabilində fələstinli məhbusların azad ediləcəyi məhbus mübadiləsi razılşmasının tamamlanmasldlr”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti