Bakı. Trend:
Türkiyənin ən keyfiyyətli nefti Qabarda çıxarılır.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Vaxtilə terrorla bağlı olan və əlçatmaz olduğu deyilən Qabar bu gün neftlə tanınır. Hal-hazırda bölgə təhlükəsizdir və Türkiyənin ən keyfiyyətli nefti burada çıxarılır.” – deyə nazir bildirib.
O qeyd edib ki, burada neft hasilatı rekordu qırılacaq.