Bakı. Trend:
Rusiyanın Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi 32 santimetr artaraq 1060 santimetrə çatıb.
Trend xəbər verir ki, bu barədə Orenburq rayon administrasiyası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, suyun bu səviyyəsi təhlükə xəttindən 130 santimetr artıqdır.