...

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib

Dünya xəbərləri Materials 14 Aprel 2024 04:16 (UTC +04:00)
BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi ofisi tərəfindən bəyanat yayılıb.

"Mən İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram.

Regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin narahatam. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram.

Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir müharibəyə tab gətirə bilməz”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti