...

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

Dünya xəbərləri Materials 15 Aprel 2024 04:57 (UTC +04:00)
ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon rəhbəri Lloyd Ostin həftə sonu İranın İsrailə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla üçüncü danışıqlarını keçirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Pet Rayder bildirib.

"Nazir vurğulayıb ki, ABŞ eskalasiyaya can atmasa da, biz İsraili və Amerika personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edəcəyik", - deyə o bildirib.

"ABC News" televiziya kanalı yüksək rütbəli Amerika müdafiə və təhlükəsizlik rəsmilərinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar İsrailin cavabında iştirak etmək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti