...

Ərdoğan və Qətər Əmiri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 15 Aprel 2024 21:38 (UTC +04:00)
Ərdoğan və Qətər Əmiri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, söhbət zamanı qlobal və regional problemlər, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

Ərdoğan bildirib ki, İslam dünyasının birlik içində səylərini artırması vacibdir.

Türkiyə liderinin sözlərinə görə, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün Qəzzadakı müharibə dərhal dayandırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti