...

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

Dünya xəbərləri Materials 17 Aprel 2024 00:36 (UTC +04:00)
Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hakimiyyəti növbəti beş il ərzində Ukraynanı 1,6 milyard Kanada dolları (1,16 milyard dollar) dəyərində öldürücü və qeyri-öldürücü silahlarla təmin etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə növbəti maliyyə ili (1 apreldən başlayır) üçün Kanadanın federal büdcə layihəsində qeyd olunub.

"2024-cü il büdcəsində Ukraynaya öldürücü və qeyri-öldürücü hərbi yardım göstərmək üçün 2024-25-ci illərdən başlayaraq beş il ərzində Kanada Milli Müdafiə Nazirliyinə 1,6 milyard dollar ayrılması təklif edilir", - deyə sənəddə bildirilib.

Bundan əlavə, Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard dollar) məbləğində kredit vermək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti