...

Yanvar-mart aylarında Türkiyənin Gürcüstana sement məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 19 Aprel 2024 13:31 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Gürcüstana sement məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 17 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Gürcüstana 7,6 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,4 faiz çoxdur”, – deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti