...

Bayraktar TB3 SİHA sınaq uçuşlarını davam etdirir (FOTO)

Dünya xəbərləri Materials 20 Aprel 2024 03:34 (UTC +04:00)
Bayraktar TB3 SİHA sınaq uçuşlarını davam etdirir (FOTO)

Bakı. Trend:

Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Bayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (SIHA) sınaq uçuşlarını fasiləsiz davam edir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Baykar şirkəti açıqlama verib.

Həftə ərzində həyata keçirilən sınaqlarda iki prototipi uçan milli PUA-nın ümumi uçuş saatı 272 saat 47 dəqiqəyə çatıb.

Bayraktar TB3 PT-1 və PT-2 keçən həftə orta hündürlükdə sistem və dözümlülük göstəricilərinin ölçüldüyü bütün sınaqları uğurla tamamlayıb.

TUSAŞ-ın yerli istehsal etdiyi PD-170 mühərriki ilə havaya qalxan SİHA, 20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuş testində enişdən əvvəl 32 saat havada qalıb və səmada 5 min 700 kilometr qət edib.

Xatırladaq ki, Bayraktar TB3 ilk dəfə 26 Mart 2024-cü ildə ASELSAN tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 ilə uçub.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti