...

İran prezidenti Pakistana getdi

Dünya xəbərləri Materials 22 Aprel 2024 11:20 (UTC +04:00)
İran prezidenti Pakistana getdi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.

Trend-in məlumatına görə, İran prezidentini Pakistanın əmək və mənzil naziri Hüseyn Pirzadə və digər rəsmilər qarşılayıblar.

Səfər çərçivəsində Rəisi Pakistan rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

İran prezidentinin səfəri çərçivəsində iki ölkə arasında ticarət, səhiyyə, iqtisadiyyat, təhlükəsizlik, ədliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti