...

Türkiyədə çeviriliş cəhdi ilə bağlı daha 4 nəfər ələ keçib

Dünya xəbərləri Materials 15 May 2024 19:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində daha 4 nəfər saxlanılıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən 3 polis rəisi və Ankara Polis İdarəsinin 1 komissarı həbs olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti