Bakı. Trend:
Birləşmiş Ştatlar təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki “B-52 Stratofortress” bombardmançı təyyarə göndərib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.
"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq”, - deyə general qeyd edib.
Pentaqon rəsmisi, həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir.