...

Etirazlarda iştirak edən Qarabağ erməniləri müavinətlərdən məhrum olacaq? - Erməni deputat açıqladı

Dünya xəbərləri Materials 22 May 2024 12:45 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Xaçatur Sukiasyan etirazlarda iştirak edən Qarabağ ermənilərinin müavinətlərdən məhrum ola biləcəyini deyib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, Sukiasyan bu barədə Ermənistan parlamentində çıxışında deyib.

Sukiasyan bundan başqa, Ermənistan müxalifətinin digər ölkələrin maraqlarına xidmət etdiyini bildirib.

"Ermənistanın keçmiş rəhbərləri digər ölkələrlə əlaqəsi olanlara "pis" münasibət bəsləyirdi. Bu insanlar ya həbsxanaya düşür, ya ölür, ya da mülkiyyətlərindən məhrum olurdu. İndi isə sizə deyirəm: əgər həddinizi bilməsəniz və Ermənistanın inkişafına mane olsanız, sizə qarşı da eyni vasitələr tətbiq olunacaq", - o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti