Bakı. Trend:
ABŞ-nin müdafiə naziri Lloyd Ostin tibbi prosedurdan sonra vəzifəsinin başına qayıdıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səhhətində yaranan problemlə əlaqədar olaraq Ostin Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzində 2,5 saatlıq invaziv qeyri-cərrahi tibbi prosedurdan uğurla keçib və artıq vəzifə öhdəliklərinin başına qayıdıb.
Ostinin qrafikində heç bir dəyişikliyin olmadığı qeyd olunub.
Qeyd edək ki, LLoyd Ostin ötən ilin sonunda xərçəngdən əməliyyat olunub.