Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin mayın 26-dan 27-dək Özbəkistana dövlət səfəri edəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Y.Uşakov bildirib ki, səfər zamanı Vladimir Putin yalnız Daşkəndə səfər edəcək.
O, həmçinin bildirib ki, ilk tədbirlər mayın 26-da başlayacaq və həmin gün axşam saatlarında iclas keçiriləcək.
Özbəkistana səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır.