Bakı. Trend:
Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin "Xarici təsirin şəffaflığı haqqında" haqda qanun layihəsinə vetosunu ləğv edib.
Trend xəbər verir ki, iclas Gürcüstan parlamentinin saytında yayımlanıb.
"Veto komitədə aradan qaldırıldı və müvafiq olaraq bu məsələ bağlandı", - deyə səsvermənin yekunlarına əsasən komitənin rəhbəri Anri Ohanaşvili deyib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.
Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun layihəsinə veto qoymuşdu.