Bakı. Trend:
İrəvanda etiraz aksiyasında saxlanılan bir nəfərin üzərin gözyaşardıcı qaz aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 54 yaşlı İrəvan sakini gözyaşardıcı qazdan polislərə qarşı istifadə edib.
Qeyd edək ki, son məlumatlara görə, İrəvanda itaətsizlik aksiyasında iştirak edən 284 nəfər saxlanılıb.
İrəvan polisi saxlanılanlardan 273 nəfəri artıq sərbəst buraxıb.