Bakı. Trend:
Qəzza zolağında hərbi avtomobilə hücum nəticəsində 3 İsrail hərbçisi həlak olub.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Kfir" briqadasının "Naxşon" batalyonunun 2 hərbçisi İordan çayının qərb sahilində avtomobilə hücum nəticəsində öldürülüb.
Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalında İsrail ordusunun paraşüt-desant briqadasının 101-ci batalyonunun əsgərinin həlak olduğu barədə məlumat yayıb.